Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Ermənistan bayrağının tərsinə qoyulması erməni cəmiyyətində narazılıqla qarşılanıb.

Unikal.org xəbər verir ki,  sosial şəbəkələrdə sadə ermənilərlə yanaşı bir sıra müxalif siyasətçilər bunu ölkənin əsas atributuna hörmətsizlik kimi qiymətləndiriblər.