"Crew Dragon" kosmik gəmisi dünyanın ilk peşəkar olmayan kommersiya ekipajı ilə orbitə çıxıb.

Unikal.org ABŞ-ın "SpaceX" şirkətinə istinadən xəbər verir ki, "Falcon 9" raket-daşıyıcısı "Crew Dragon" pilotlu gəmisi ilə Floridada yerləşən 39A start kompleksindən buraxılıb.

"Inspiration 4" adlanan missiyada uçuşun dörd iştirakçısından biri milyarder, ABŞ-ın "Shift4 Payments" şirkətinin rəhbəri, 38 yaşlı Cared Aysekmnadır. O, həmçinin missiya xərclərini öz üzərinə götürüb. Ekipajın tərkibində "St. Jude Children's Research Hospital" müalicə-tətqiqat hospitalının həkimi Heyli Arseno, keçmiş NASA astronavt namizədi Sian Proktor və "Lockheed Martin" şirkəyinin mühəndisi Kristofer Sembroski də var.