Gəncə şəhərində yerləşən istintaq təcridxanasında dustaq intihara cəhd edib.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i saat 15 radələrində Ədliyyə Naziriyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında baş verib.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Elvin Aydın oğlu təcridxananın sanitar qovşağında intihar məqsədilə ülgüclə boğazını kəsib.

E.Şirinov Gəncə Beynəlxalq xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.