"Məktəblərdə qiymətləndirmə konsepsiyasına yenidən baxırıq. Ola bilsin hansısa qiymətləndirmə azaldılıb, daha az sayda mərkəzləşdirilmiş imtahanlar keçirilsin".

Unikal.org xəbər verir ki, bunu Təhsil İnstitunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, növbəti illərdə kurrikulum daha da sadələşdiriləcək.