Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 251 323 -ə çatıb. Son sutkada koronavirusdan 19 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 075-ə yüksəlib.

Koronavirusa yoluxan 234 416 nəfər sağalıb. Hazırda 10 649 pasiyent müalicə olunur.