UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Unikal.org-un məlumatına görə, bu ada Almaniya "Leyptsiq"indən Kristofer Nkunku, "Bavariya"dan Robert Levandovski, Niderland "Ayaks"sından Sebastyan Alle və Almaniyanın "Borussiya" (Dortmund) komandasından Cud Bellingem iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.