İranda ötən sutka ərzində 452 nəfər koronavirusdan (COVID-19) ölüb, 19 731 nəfər yoluxub.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 115 619 nəfərə,

yoluxanların sayı isə 5 360 387 nəfərə çatıb. Virus daşıyıcılarından 7 054 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 654 558 nəfər koronavirusdan sağalıb, 30,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 39 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 26 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 168 rayon qırmızı, 209 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 71 rayon sarı zona hesab olunur.