“Azərbaycan və Türkiyənin hakim - Yeni Azərbaycan Partiyası (YAP) və Ədalət və İnkişaf Partiyası (AKP) arasında əlaqələr genişlənib”.

Unikal.org xəbər verir ki, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb: “Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb. Bizim fəaliyyət istiqamətlərimizin fəaliyyət kontorları müəyyən olunub. Hər iki partiya arasında işlər davam edəcək. Artıq partiyalar beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”.