Ermənistan parlamenti Zəngəzurun Gorus-Qafan avtomobil yolundakı mövcud vəziyyəti müzakirə etmək üçün qapalı formatlı iclas keçirəcək.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu bqarədə "Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan brifinq zamanı jurnalistlərə parlamentdə müvafiq razılığn əldə olunduğunu bildirib. 

"Dünən "Ermənistan" fraksiyasının adından yüksək vəzifəli şəxslər səviyyəsində sessiyada iştirak etməyi təklif edən bir məktub təqdim etdik. Tam məlumat əldə etməyimiz çox vacibdir", - deyə Minasyan qeyd edib. 

O bildirib ki, müzakirədə dövlət sirri elementləri ola bilər, buna görə də onlar qapalı müzakirəyə hazırdırlar:
"Parlament rəhbərliyi ilə aparılan müzakirələr nəticəsində qapalı formatlı danışıqların aparılmasına qərar verildi.

Vacib olan vəzifə ölkənin qarşısında duran mövcud problemləri həll edə bilməkdir. Bütün istiqamətlərdə işlər görülməlidir. Ən sadə nümunə budur ki, bu gün Ermənistanın "suverenliyi pozulub". Əslində, biz həmin ərazidə suverenliyi itirmişik, "ərazi bütövlüyü pozulur" və bununla bağlı cinayət işi olmalıdır. Baş Prokurorun bütün suallara cavab verəcəyini gözləyirik". 

O, qeyd edib ki, İran tərəfi ilə lazımi tədbirlərin görülməsi və ya beynəlxalq platformalarda hansı proseslərin baş verməsi barədə Xarici İşlər Nazirliyindən onlara məlumat verilməlidir. 

Qeyd edək ki, Azərbaycan polisi Gorus-Qafan yolunu nəzarətə götürüb və ölkə ərazisinə keçən qanunsuz İran və digər yük maşınlarının, həmçinin qeyri-qanuni səfərlərin qarşısını qətiyyətlə alır. 

Ağarza Elçinoğlu