Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Unikal.org-un məlumatına görə, Səbail rayon məhkəməsində S.Müslümovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmədə vəsatət təmin edilib və Səlim Müslümov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.