Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin durumu ağır olaraq qalır.  

Bunu Unikal.org-a açıqlamasında müğənnin qohumu Ramiz  Qarayev deyib.  O, 10  gün əvvəl  koronavirusa yoluxan müğənninin səhhətində  heç bir  dəyişiklik olmadığını  vurğulayıb. 

"Həkim nəzarəti  altındadır.  Xəstəliyi ağır olaraq keçirir. Səhhətində heç bir  dəyişiklik yoxdur. O, süni tənəffüs aparatına qoşulub". 

Bildirək ki,  sənətçinin  həyat yoldaşı Kəmalə Əlizadə də  koronavirus diaqnozu  ilə xəstəxanaya yerləşdirilib. Onların hər ikisi Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə  alırlar. 

Gülayə  Mecid