Türkiyənin "Atv" telekanalında yayımlanan "Eşkiya dünyaya hükümdar olmaz" serialına yeni aktyor daxil olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Uğur Yücəl yer alacaq.

Qeyd edək ki, kanalla layihənin rəhbəri arasındakı problemlər bərədə həftəsonu qərar veriləcək. Daha sonra isə serialın yeni mövsümünün çəkilişlərinə start veriləcək.