Xəbər verdiyimiz kimi, Yevlax postunda yol polisinin vətəndaşdan rüşvət aldığı iddia edilən görüntülər yayılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, yayılan videoda yol polisi əməkdaşının rüşvət alması aydın şəkildə görünmür:
"Əgər həmin vətəndaş polis əməkdaşının ondan rüşvət aldığını iddia edirsə, bizə müraciət etsin, araşdırma aparaq".
***
13:12
Yol polisinin rüşvət aldığı iddia edilən görüntülər yayılıb.
Unikal.org-un məlumatına görə, yayılan görüntülər Yevlax postuna lentə alınıb.
Həmin videonu təqdim edirik:
Seymur Əli