Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, hərbi ekspert Ədalət Verdiyev də sözügedən faktı təsdiqləyib. Belə ki, o, öz "facebook" səhifəsində bu sözləri yazıb:

"Bu gün saat 12:00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan yolunun bizim ərazimizdən keçən hissəsində İranın yük maşınlarını və sürücülərin sənədlərini yoxlayır".

Qeyd edək ki, müharibə başa çatdıqdan sonra "məzmunu bilinməyən" yüklər İrandan Ermənistana, oradan da Rusiyadakı Qarabağ sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizə gətirilirdi.