"Düşünürəm ki, Rusiya 5 illik müddət bitdikdən sonra, sülhməramlıları geri çəkməyi planlaşdırmır. Ancaq təbii ki, hər şey mövcud vəziyyətdən asılı olacaq. Azərbaycan əlbəttə ki, Rusiya sülhməramlılarını bir şəkildə qovmağa çalışacaq, amma onların uğur qazanacağını düşünmürəm".

Unikal.org xəbər verir ki, bu sözləri Rusiyanın hərbi eksperti Vladimir Evseev, keçmiş sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradovun son bəyanatını şərh edərkən bildirib. 

"Rusiya Qarabağdan sülhməramlı qüvvələrini çıxarmağı planlaşdırmır", - deyə Evseev qeyd edib.