“Azərbaycan Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyir”.

Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Fondun yaradılmasında məqsəd türkdilli ölkələrdəki iş adamlarına yalnız 3-cü tərəfin vəsaiti hesabına deyil, həm də daxili imkanlar hesabına maliyyə dəstəyinin verilməsidir: “Bu və digər mövzularla bağlı həyata keçirilən işləri dəstəkləyir və alqışlayırıq. Ölkələrimizin iqtisadi potensialı və imkanları ildən-ilə artmaqdadır. Türk İnvestisiya Fondu əməkdaşlığımızın keyfiyyət cəhətdən daha yüksək səviyyəyə qaldırılması və imkanlardan qarşılıqlı fəaliyyətdə istifadə edilməsi üçün əlverişli platformadır".