Ağır yaralanan daha beş qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Unikal.org-a verilən məlumata görə, müalicəyə gedən qazilərimiz İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu, Səmədov Ceyhun Eldar oğlu və Əzizli Səddam Nazim oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar.