Gələn il dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb.

Unikal.org xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-ci il dövlət büdcəsi ilə bağlı proqnozunda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3740,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.