Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub, digər ikisi yaralanıb. 

Unikal.org xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada, separatçıların Donbasın Novozvanovka, Şumi, Novotoştovskiy, Shirokino, Katerinovka və Vodyanoye bölgələrində  atəşkəsi pozduğu qeyd olunub. 

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 11 dəfə pozduğunu açıqlayıb.

Gülayə  Mecid