Gürcüstanda son sutkada daha 4 778 nəfərdə koronavirus aşkarlanıb, 79 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 549 811-ə, ölənlərin ümumi sayı isə 7 408-ə çatıb.

Ötən 24 saat ərzində sağalanların sayı 4 753 nəfər artaraq 493 414 olub.

Bu günə olan aktiv xəstə sayı 48 963 nəfərdir.