"Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!".

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində yazıb.

Qeyd edək ki, para-atletimiz Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. İdmançımız nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.

51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.