Avqustun 27-də Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqi həyata keçirilib.

DİN Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 11 nəfər isə “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.