Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 404 nəfərdir.