Türkiyənin Ankara şəhərində Anadolu Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Polis Akademiyası və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda keçirilən təlimlər başa çatıb.

Unikal.org xəbər verir ki, təlimin sonuncu günündə - avqustun 20-də Türkiyə Polis Akademiyasında təltifetmə mərasimi keçirilib.

Tədbirdə Türkiyə Polis Akademiyasının rəisi Yılmaz Çolak, rəis müavini Fatih İnal, Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş, Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz, Anadolu Agentliyinin Akademiya direktoru Bora Bayraktar, TİKA-nın Xarici əlaqələr və tərəfdaşlar departamentinin rəhbəri Uğur Tanyeli iştirak edib.