Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası müşahidə edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat çox olmaqla 3,5 mlrd. manat vəsait ödənilib.