“Azərbaycan qələbə qazanmaqla özünün şərəfli tarixini yazıb. Digər sahələrdə olduğu kimi biz də öz işimizi yüksək səviyyədə quracağıq”.

Unikal.org-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK Operativ Qərargahın bütün qaydalarına əməl edir: “Ölkə rəhbərliyinin şəxsən özü bu məsələlərə nəzarət edir”.