Bakının Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə Unikal.org Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

“Dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək. Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq”, - deyə məlumatda bildirilir.