Türkiyənin Adana  şəhərində 19 yaşlı Hüseyin Ömer Uğurludoğan adlı gəncin başına iş gəlib.  

Unikal.org xəbər verir ki,  gənc oğlan getdiyi idman zallarının birində davamlı olaraq,  protein tozu qəbul edirmiş. Bundan sonra Hüseyn səhhətində  problemlərin yarandığını  görüb.  O,  həkimə  müraciət  edəndə artıq hər şeyin gec olduğunu  öyrənib.  

Belə  ki, nənəsi ilə birlikdə yaşayan Hüseyn iflic olub. Günü-gündən vəziyyəti  ağırlaşan gənc oğlanın nənəsi isə idman zalını günahlandırıb. O, bununla yanaşı polisə şikayət  edərək,  idman zalllarında protein tozu verərək,  gəncləri  məhv etdiklərini  dilə gətirib.  

Gülayə Mecid