2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 23-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib.

Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, imtahana 3 min 288 namizəd dəvət olunub. Ən yüksək balı - 53 Hicran Əzimova toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.