Şirvan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki. hadisə “köhnə şəhər” adlanan ərazidə qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan sakini, 2003-cü il təvəllüdlü Valehzadə Ümid Ülvi oğlu və digər bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.