Bu gün "Azərkitab” kitab mağazasında gənc yazar Ağarza Elçinoğlunun "Rəsulzadə və  4-cü hakimiyyət" adlı kitabın təqdimat mərasimi keçirilib. 

Unikal.org xəbər verir ki, təqdimatda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının müəllifi, Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu və bir  sıra media nümayəndələri iştirak ediblər. Onlar gənc yazarın kitabı ilə tanış olub, ona fəaliyyətində uğurlar arzulayıblar.  Kitabda AXC qurucusu Məmməd Əmin Rəsulzadə  və onun Azərbaycan mətbuatına bəxş etdiyi  töhfələrdən bəhs edilib.

Qeyd edək ki,  Ağarza Elçin oğlu Həsənquliyev hazırda Bakı Dövlət  Universitetinin Jurnalistika fakültəsinin ingilis bölməsi  üzrə  4-cü kurs tələbəsidir.