İsveçin paytaxtı Stokholmun qərbində yerləşən "Hallby" həbsxanasında maraqlı hadisə yaşanıb. 

Unikal.org xəbər verir ki, həbsxanadakı isveçli məhkumlar 2  nəzarətçini girov götürüb.  Maraqlısı budur ki, 9 saat nəzarətçiləri girov saxlayan məhkumlar qarşılığında pizza tələb ediblər. 

Özləri və digər məhbuslar üçün təxminən 20 pizza istəyən məhkumlar, tələbləri yerinə yetirildikdən sonra  nəzarətçiləri  sərbəst  buraxıblar. Ölkə mətbuatında məhkumların bu  hərəkəti  gündəm yaradıb.