Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 221 yoluxma halı qeydə alınıb.

Unikal.org "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 228 382 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4579 nəfərə yüksəlib.