Tacikistan yüz min əfqanıstanlı qaçqını qəbul etməyə hazır olduğunu bildirib.

Unikal.org xəbər verir ki, onlar bu qərara ABŞ qoşunlarının ərazidən çıxmasından sonra razılıq verib. 

Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları rəhbərliyindəki qoşunların geri çəkilməsi ilə Əfqanıstanda döyüşlər artıb. Buna görə də Tacikistan qonşu Əfqanıstandan yüz minə qədər qaçqını qəbul etməyə hazırlaşır.

Bununla onlar 100 min miqrantın həyatını "Taliban" terrorundan qurtaracaqlar.