Türkiyə Silahlı Qüvvələri Suriyada “Barış pınarı” (“Sülh bulağı”) bölgəsinə daxil olmaq istəyən PKK/YPG-PYD terror qruplaşmasının 3 üzvü zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Pençe Yıldırım əməliyyatı bölgəsində isə bir PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, “Barış pınarı” anititerror əməliyyatı 2019-cu il oktyabrın 18-də başlayıb. Suriyanın Hələb, Haseke, Rakkanın şimalı hissəsi, Suriya-Türkiyə sərhədi “Barış pınarı” bölgəsi adlanır.