"Azərbaycan artıq üç aydır ki, erməni din xadimlərinin  Kəlbəcərdəki Xudavəng monastırına girişinə qadağa qoyur".

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu din xadimi Nerses Harutyunyan bəyan edib. O, iddia edir ki, Azərbaycan hakimiyyəti tərəfindən elan edilmiş qadağanın səbəbləri əsassızdır: 
"Həmişə bəzi səbəblər tapırlar. İndi sadəcə" yox, "tamam" deyirlər. "Ancaq may ayından bəri monastıra girişimiz yoxdur" deyən Harutyunyan əlavə edib ki, indi məbəddən olan din xadimləri Qandzasardadır (Azərbaycanın Ağdərə bölgəsinin ərazisi).

Xudavəng monastırı ən məşhur və yaxşı qorunan alban məbədlərindən biridir. Kəlbəcər bölgəsindəki Tərtər çayının sol sahilindəki Vəng kəndindədir. İndiki monastır kompleksi 9-13 əsrlərdə inşa edilib. Kəlbəcər bölgəsinin işğalı illərində ermənilər monastır haqqında məlumatları saxtalaşdırmağa və alban mədəniyyətinin dini abidəsini mənimsəməyə çalışmışdılar.