Türkiyədə qandonduran cinayət  hadisəsi  baş verib.  

Unikal.org xəbər verir ki, 40 yaşlı H.U adlı şəxs 20 yaşlı qızını  boğaraq öldürüb. Daha sonra isə  o yaşadıqları  evi  yandırıb. Hadisə  zamanı  evdə  ata və  qızından başqa heç kəs olmayıb. Hirsi soymayan ata  biləklərini  kəsərək, intihara cəhd edib. 

Lakin onun həyatını  xilas etmək mümkün olub.  Belə  ki,  qonşuların xəbərdarlığı ilə əraziyə FHN qüvvələri və təcili tibbi yardım briqadası cəlb olunub. Xilasedicilər evdən ata və qızı  çıxardıblar. Məlum olub ki, 20 yaşlı gənc həyatını  itirib.  Atası isə  xəstəxanaya yerləşdirilib.

Ailənin digər  üzvləri  gənc qızın yanğından öldüyünü biliblər.  Lakin ata özünə  gəldikdən sonra polisə  cinayət  törətdiyini və  evi yandırdığını bildirib. 40 yaşlı ata nəzarətə alınıb. O qızını  hansı  səbəbdən  boğduğunu  isə  dilə gətirməyib.

Faktla bağlı araşdırma aparılır.