“Ağcabədi rayonunda küçəyə atılan körpə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

Bunu Unikal.org-a açıqlamasında qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
 
O qeyd edib ki, körpə barədə lazimi tədbirlər görülür:

“Valideynlərinin tapılması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.

***

13:18

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.