Türkiyənin İzmir şəhərinin Gözəlbağça adlanan ərazisi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə İzmir Meşə Ərazi Müdirliyi məlumat yayıb.

Yanğın havadan 1 təyyarə və 4 helikopter, qurudan 15 çiləyici vasitə ilə nəzarət altına alınıb.