Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən  Unikal.org-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.