Məşhur futbolçu Lionel Messi həyat yoldaşı Antonella və üç övladı ilə birgə Mayamidə tətilə çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu istirahət üçün aylığı 200 min dollara olan malikanə kirayələyib.

Xüsusi təhlükəsizlik sistemi ilə təchiz olunan 760 kvadratmetrlik villada 5 yataq, 3 avtomobil üçün nəzərdə tutulan qaraj, 5 vanna, oyun otağı, hovuz var.