Şəki rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda baş verib. 

Belə ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə,  Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.