Hər kəsin maraqla gözlədiyi "Kurtlar Vadisi Pusu" serialı yayımlanmaya bilər. 

Unikal.org haberler.com-a istinadən xəbər verir ki,  bir zamanlar Türkiyənin ən reytinqli seriallarından  biri olan ekran işinin yayımı sentyabra planlaşdırılırdı. Lakin ötən aylarda  "Polad Alemdar" obrazı ilə yaddaşlara həkk olan Necati Şaşmazın  üzv olduğu məzhəbin zikr mərasimi zamanı görüntüləri gündəm yaradıb. 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, aktyor azyaşlı oğlunu da dini  mərasimlərdə "İmam Mehdi" kimi təqdim etməsi birmənalı qarşılanmayıb. Bundan sonra ekran işinin yayımlanacağı "Show TV"  kanalı  aktyorla olan sazişi rədd edib.  Hətta seriallın növbəti  bölümlər  üçün olan çəkilişləri də  dayandırılıb. 

Bildirək ki,  məşhur aktyor Necati Şaşmaz isə yayılan xəbərlərlə bağlı heç bir açıqlama verməyib.  

Necati Şaşmaz'ın zikir görüntüleri çıkmıştı! Kurtlar Vadisi ile ilgili kötü haber