«Suriya bütün ərəblərə qarşı həyata keçirilən sui-qəsdin qarşısını alacaq»

Suriya öz prinsiplərindən imtina etməyəcək. Suriya prezidenti Bəşər Əsəd İordaniya nümayəndə heyəti ilə görüşdə belə bir bəyanatla çıxış edib. Bu barədə APA MİGnews-a istinadən məlumat verir.

«Suriya həmişə ərəb millətinin qəlbi olacaq və təzyiqin gücündən asılı olmayaraq heç vaxt öz prinsiplərindən imtina etməyəcək və təkcə suriyalılara yox, bütün ərəblərə qarşı həyata keçirilən sui-qəsdin qarşısını alacaq», deyə Əsəd bildirib.