Türkiyə-Suriya sərhədində baş vermiş partlayışda ölənlərin sayı 12-yə çatıb. Bu barədə CNNTürk məlumat verir. Xatırladaq ki, partlayış Türkiyənin Suriya ilə sərhəddəki Hatay vilayətinin Reyhanlı rayonundakı “Cilvəgözü” sərhəd-keçid məntəqəsində baş verib.

Ölənlərdən 3-ü Türkiyə, 9-u isə Suriya vətəndaşıdır. Hadisə yerli vaxtla saat 15.00-da olub. Bəzi məlumatlara əsasən partlayış içinə partlayıcı qurğu yerləşdirilmiş avtomobildən qaynaqlanıb. Rəsmilər hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirirlər.