"Kişilərə səslənirəm: Xəyanət etməyin, heç vaxt. Öz xanımınıza dəyər verin. Məni öldürsəniz də bundan sonra xəyanət etmərəm. Vaxtilə çox etmişəm".

Unikal.org xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Onun sirri" proqramında deyib. Musiqiçi kişilərə səslənərək, xəyanət danışıb. Hüseyn vaxtilə xəyanət etdiyini etiraf edib.

Sənətçi anasının borclu olduğu şəxslərə səslənib:

"Bir qohumuma borcum var idi, gəlib qapımızda dayanırdı. Adını çəkmirəm, bəlkə utanar. İndi borclu olduğum şəxslərə üz tuturam: ola bilər o vaxtdan anamın sizə borcu qalıb, onu qaytarmağa hazıram. Artıqlaması ilə verəcəm".