İyunun 25-də 203 nəfər Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında işə götürülüb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onlardan 33 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər, 5 nəfəri isə şəhid ailələrinin üzvləri olub.