Rusiyada helikopter qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Fövqəladə Hallar Xidmətinə, Leninqrad bölgəsində "Mi-8" helikopterinin qəzaya uğraması bağlı məlumat daxil olub.

Dərhal yanğınsöndürmə və xilasetmə bölmələri hadisə yerinə gediblər. Qəzanın təfərrüatları barədə ətraflı məlumat verilməyib.