İyunun 23-ü saat 22 radələrində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Unikal.org-a Lənkəran rayon prokurorluğundan məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin qohumu Seymur Şiriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elmar Fərəcov və Amil Mirzəzadəyə odlu silahdan atəş açmaqla onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

23:24

Lənkəranda 2 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib. Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə əvvəl əmisi oğlunu, sonra isə bibisi nəvəsini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)