Vatikanda maraqlı hadisə yaşanıb.

Unikal.org xəbər verir ki, bu gün məşhur filmlərdən birinin obrazı olan "Hörümçək adam"ın kostyumunu geyinmiş bir nəfər Roma Papası ilə görüşüb.

Onun 27 yaşlı Mattia Villardita adlı italyan olduğu bildirilir. Villardita uşaq xəstəxanalarında işlədiyi üçün keçən il İtaliya prezidenti Sergio Mattarella tərəfindən mükafatlandırılıbmış.